Modern.az

Şəkidə evdən qızıl oğurlayan şəxs saxlanıldı

Şəkidə evdən qızıl oğurlayan şəxs saxlanıldı

Aktual

12 İyun 2020, 10:39

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nicat Abdulkərimov saxlanılıb. Oğurladığı qızılların bir qismi maddi sübut kimi götürülüb.

 

Faktla bağlı ŞRPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı