Modern.az

Nazir müavini sklerozlu xəstələrin pulsuz müalicə olunacağını xəbər verdi

Nazir müavini sklerozlu xəstələrin pulsuz müalicə olunacağını xəbər verdi

Aktual

27 Noyabr 2012, 14:44

“Şəkərli diabet xəstələrinin sayı bir neçə il bundan əvvəl 60 min idisə , indi bu 160 min olub”. Bunu akademik M. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. “Onkoloji xəstəliklərin sayı da artıb. Hemodializdən müalicə alanların sayı 20 nəfər idisə, indi onlar 1900 nəfər olub. 1200-dən artıq hemofiliya xəstələri dövlət nəzarəti altında saxlanılır . Eyni zamanda 2200-dən artıq talassemiya, 1200-dən çox hemofiliyalı xəstəyə dövlət tərəfindən qayğı göstərilir. Dağınıq sklerozdan əziyyət çəkənlər 2013-cü ilin dövlət proqramına uyğun olaraq pulsuz müalicə olunacaqlar”.

  Nazir müavini bildirib ki, Azərbaycanda bir sıra xəstəliklərlə əlaqədar olaraq, “Sağlam həyat uğrunda” devizi altında aylıq keçiləcək. Bu dekabrın birindən baş tutacaq. Bu məqsədlə eyni zamanda rayonlara xüsusi briqadalar göndəriləcək və dövlət xəstəxanalarında müalicə pulsuz olacaq.  

Gültəkin Ələsgər
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı