Modern.az

Ticarət obyektinin tikintisi dayandırıldı - FOTO

Ticarət obyektinin tikintisi dayandırıldı - FOTO

Aktual

29 Dekabr 2021, 12:50

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Mingəçevir şəhəri, Təbriz küçəsi, 10A ünvanında “MRT” MMC tərəfindən müvafiq sənədlər olmadan ticarət obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

 

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı