Prezident İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş Səbuhi Əhəd oğlu Sadıqov kollektivinə təqdim olunub.
Bu barədə Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, yeni sədri kollektivə Baş nazirin müavini Şahin Mustafayev təqdim edib.