Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir. Buster doza üzrə isə vaksinasiya olunan yoxdur.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11498430, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5184066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 363, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1619001 təşkil edir.
