Modern.az

Mənzillərin otaqları ilə bağlı yeni qaydalar

Mənzillərin otaqları ilə bağlı yeni qaydalar

Aktual

10 Yanvar 2022, 22:12

Azərbaycanda mənzillərdə otaqların ölçüləri ilə bağlı yeni qaydalar müəyyən edilir.

 

Modern.az xəbər verir ki, bu barədə məsələ “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

 

Belə ki, normaların 5.2-ci bəndində göstərilmiş mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

 

- birotaqlı mənzildə ümumi otaq - 15 m²-dən;

 

- birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

 

- iki və daha çox otaqlı mənzillərdə ümumi otaq - 16 m²-dən;

 

- yataq otağı - 8 m² (iki adama - 10 m²-dən);

 

- mətbəx - 8 m²-dən;

 

- mətbəx-yemək otağında mətbəx zonası - 6 m²-dən.

 

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol verilir.

 

Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı