Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi Avropa Şurası tərəfindən müəyyən olunmuş “İlin ən yaxşı muzeyi” nominasiyasına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı 2012-ci ildə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda da genişmiqyaslı bərpa-konservasiya, yenidənqurma və abadlaşdırma işlərinin aparılmasına başlanılıb.
Hazırda qoruq ərazisində yeni muzey təşkil olunur. Bu muzey istifadəyə verildikdən sonra burada qoruq-muzey vəhdətini görmək mümkün olacaq.
Modern.az