“Belarus Moskvaya istənilən dəstəyi verməyə hazırdır və bu dəstəyi verəcək”.
Modern.az xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko deyib.
“Biz Moskvaya istənilən dəstəyi verəcəyik. Eyni zamanda Belarus Rusiyanın yanındadır”,- deyə Lukaşenko söyləyib.
Qeyd edək ki, hazırda Belarus və Rusiya birgə hərbi təlim keçirir. Lukaşenko təlimləri izləmək üçün poliqona baş çəkib.