Modern.az

Zelenski ABŞ-ın təxliyə köməyindən imtina etdi

Zelenski ABŞ-ın təxliyə köməyindən imtina etdi

Güncel

26 Fevral 2022, 08:30

ABŞ hökuməti lazım gələrsə, Ukrayna Prezidenti Volodimir Zelenskini Kiyevdən təxliyə etməyə hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” Ukrayna və Amerika mənbələrinə istinadən məlumat yayıb.

 

Ağ Evdən belə bir təklifin Zelenskinin rus işğalçı qüvvələri tərəfindən tutulmaması və ya onun öldürülməsinin qarşısını almaq üçün gəldiyi iddia edilir. Lakin prezident paytaxtdan getməkdən imtina etdi.

 

Bundan əvvəl Ukrayna prezidenti bəyan edib ki, düşmən onu bir nömrəli, ailəsini isə iki nömrəli hədəf kimi müəyyənləşdirib.

 

Fevralın 25-də Ukrayna dövlətinin başçısı hamını Kiyevdə olduğuna əmin edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı