Modern.az

İstanbulda Xocalı aksiyası keçirildi

İstanbulda Xocalı aksiyası keçirildi

Aktual

26 Fevral 2022, 18:08

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İstanbulun tarixi Fatih bölgəsində aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, “Bayrağını da al gəl” şüarı altında keçirilən aksiya İstanbulun Bəyazıt meydanından baş tutub.

 

Tədbirdə ölkəmizin İstanbuldaki baş konsulluğunun əməkdaşları, Türkiyə ictimaiyyətinin, QHT-nin, ictimai birliklərin, KİV-in nümayəndələri, qardaş ölkədə fəaliyyət göstərən həmvətənlərimiz, yerli əhali, Türkiyədə fəaliyyət göstərən Hüseyin Cavid adına orta məktəbin şagirdləri və digərləri iştirak ediblər.

 

Mərasimdə çıxış edənlər Xocalı soyqırımının dünya tarixinin utanc səhifəsi olduğunu bildiriblər.

 

Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilib.

 

Tədbirin sonunda mediaya açıqlama verilib.

 

Açıqlamada Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi tələb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı