Modern.az

Slovakiya – Azərbaycan oyununa azarkeşlər buraxılacaq

Slovakiya – Azərbaycan oyununa azarkeşlər buraxılacaq

Güncel

10 Mart 2022, 16:08

Slovakiyada koronavirus pandemiyasına görə kütləvi tədbirlərə qoyulan məhdudiyyətlər ləğv olunub.

 

Modern.az xəbər verir ki, bununla futbolçular rahat məşqlərini keçə və azarkeşlər oyunlar zamanı tribunalardakı yerlərini tuta biləcəklər.

 

Yalnız koronavirusa yoluxan şəxslərlə bağlı karantin tədbirləri olduğu kimi saxlanılıb. Slovakiya Futbol Assosiasiyası iki ildən sonra bütün meydançaların və stadionların məhdudiyyətsiz fəaliyyət göstərməsindən və azarkeşlərin tribunalara qayıtmasından məmnunluğunu ifadə edib.

 

Beləliklə, Millətlər Liqasının C Liqasında Azərbaycanla birlikdə III qrupda yer alan Slovakiya yığması ev oyunlarını dolu tribunalar önündə keçirə biləcək. Slovaklar millimizi V tur çərçivəsində sentyabrın 22-də qəbul edəcək.

 

Qeyd edək ki, millimizin Slovakiya ilə Bakıdakı matçı iyunun 10-na təsadüf edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı