Bu gün Milli Məclisin növbəti plenar iclası keçirləcək.
Modern.az xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxildir. Belə ki, bugünkü toplantıda Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.
Bundan əlavə, iclasda nazirlik və komitələrin rəhbərlərinin də iştirakı nəzərdə tutulub.