Modern.az

İctimai Palata Novxanıda yürüş-mitinq keçirdi - FOTOLAR

İctimai Palata Novxanıda yürüş-mitinq keçirdi - FOTOLAR

Current

31 Yanvar 2013, 16:03

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə  İctimai Palata onun doğulduğu Novxanı kəndində, ölkədəki yeganə abidəsinin önündə böyük anım mərasimi təşkil edib.

Modern.az “Azadlıq”a istinadən bildirir ki, İctimai Palataya daxil olan partiyaların rəhbərləri və fəalları, qurumun üzvləri ilə yanaşı başqa ictimai-siyasi təşkilatların təmsilçiləri, başqa vətəndaşlar qruplar şəklində Rəsulzadənin abidəsi yerləşən parka yürüş edib. Parkda yüzlkərlə insanın toplandığı deyilir.

Anım mitinqini Musavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı aparıb. A.Hacılı mitinq iştirakçılarını Rəsulzadənin doğum günü münasibətilə təbrik etdikdən sonra ilk sözü AXCP sədri Əli Kərimliyə verib. AXCP sədri Rəsulzadənin Azərbaycan xalqının taleyində və tarixində oynadığı böyük roldan danışıb, indiki iqtidarın bu tarixi şəxsiyyətə və ümumən Cümhuriyyət qurucularına biganə münasibətini, Cümhuriyyət ideyalarına hörmətsiz davranışını tənqid edib.

AXCP sədrindən sonra mərasimdə tarixçi, Rəsulzadə irsinin araşdırıcılarından biri Nəsiman Yaqublu, ACP sədri Sülhəddin Əkbər, KAXCP sədri Mirmahmud Mirəlioğlu, jurnalist Tofiq Türkel, Azadlıq partiyasının sədri Əhməd Oruc çıxış edib.

Sonda söz Musavat Partiyasının başqanı İsa Qəmbərə vderilib.

Yekunda mitinq iştirakçıları Azərbaycan dövlət himnini oxuyub. Bununla da tədbir başa çatıb.












 

 

 


 

 

 

 

 

 

 

 
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı