Siyəzən rayonunun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
FHN-dən Modern.az-a bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.
Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.