Bakıda qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə Yeni Yasamal ərazisində qeydə alınıb.
Belə ki, "Toyota Prado" markalı avtomobil dərəyə yuvarlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya gedib, onun avtomobildə olan azyaşlı övladı bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil dərəyə aşıb.
Hadisə zamanı ciddi xəsarət alan olmayıb.