Modern.az

İraq hökuməti Azərbaycana təşəkkür etdi

İraq hökuməti Azərbaycana təşəkkür etdi

Current

8 İyun 2022, 22:35

Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov İraqın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasım əl-Araci ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

 

Tərəflər təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Qasım əl-Araci İraq hökuməti adından terror qruplaşmalarına qoşulan ailələrin uşaqlarını repatriasiya etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı