Rusiyadan ərzaq və gübrə almaq istəyən bütün ölkələr bunu sərbəst şəkildə edə bilərlər.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib.
O, Avropa İttifaqının Ukrayna taxılının dəniz yolu ilə ixracının təmin olunması üzrə Ankara, Kiyev və Moskva arasında məsləhətləşmələr çərçivəsində BMT-nin səylərini tam dəstəklədiyini bildirib.
Jozep Borrel dünyada dərinləşən ərzaq böhranının Avropa İttifaqının sanksiyaları səbəbindən baş vermədiyi barədə Brüsselin mövqeyini diqqətə çatdırıb: “Avropa İttifaqının sanksiyaları gübrə və qida məhsullarına şamil edilmir, onları almaq istəyən bütün dövlətlər bunu tam sərbəst şəkildə edə bilər”.