Modern.az

“Azərbaycan-Niderland işgüzar əməkdaşlıq təşkilatı” təsis edilib

“Azərbaycan-Niderland işgüzar əməkdaşlıq təşkilatı” təsis edilib

Current

7 Mart 2013, 15:32



Martın 6-da “Azərbaycan-Niderland İşgüzar Əməkdaşlıq Təşkilatı” İctimai Birliyi (ANİƏT) təsis edilib. Qurumun sədri vəzifəsinə Ruslan Sadıqov seçilib.
Modern.az-ın məlumatına görə, təşkilatın əsas məqsədi Azərbaycan və Niderland arasında mövcud olan iqtisadi əlaqələrin daha da inkişafına yardım etməkdir. ANİƏT iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən aqrar, ticarət, xidmətvə digər sahələrdəki ikitərəfli münsibətlərin sürətli inkişafı üçün çalışacaq, eyni zamanda akademik, sosial və mədəniyyət yönümlü layihələrdə iştirak edəcək.
Qurum məqsədinə çatmaq üçün öz sıralarına bizneslərini inkişaf etdirmək istəyən, iki dövlət arasındakı münasibətlərin inkişafında maraqlı olan hüquqi və fiziki şəxsləri cəlb edəcək. Təşkilat Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün Niderlandın uyğun şirkətlərini ölkəmizlə bağlı məlumatlandıracaq və müxtəlif proqramlar həyata keçirəcək. Bununla yanaşı, təşkilat Azərbaycan şirkətləri ilə Niderland Krallığı ərazisində yerləşən şirkətlərin bir-biri ilə əlaqələr qurması, onlar arasında qarşılıqlı etimadın yaranması istiqamətində fəaliyyət göstərəcək.
İş adamlarının Azərbaycan və Niderland iqtisadiyyatına sərmayə qoyması üçün əlaqələndirici kimi çıxış etməsi qurumun əsas prioritetlərindəndir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı