Kopenhagen polisi Danimarka paytaxtının cənub-şərqində yerləşən Field ticarət mərkəzində baş verən atışmada bir neçə nəfərin həlak olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, bir neçə nəfər güllə yarası alıb. 22 yaşlı gənc həbs edilib.
Hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu istisna etmirlər.
***
22:27
Danimarkanın paytaxtı Kopenhagendəki ticarət mərkəzində silahlı şəxs insanları atəşə tutub.
Modern.az xəbər verir ki, bu barədə Danimarka Polisi məlumat yayıb.
Bildirilib ki, çox sayda insan xəsarət alıb. Hadisəni törədən şəxs saxlanılıb. Hadisə vaxtı binada yüzdən çox adam olub.