Modern.az

Qırğız prezidenti Özbəkistandakı hadisələrə münasibət bildirdi

Qırğız prezidenti Özbəkistandakı hadisələrə münasibət bildirdi

Aktual

4 İyul 2022, 14:08

Qırğızıstan prezidenti Sadır Japarov Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında vəziyyətin normallaşdırılması istiqamətində atılan addımları dəstəkləyib.

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatında dərc olunan məlumatda deyilir.
 

İyulun 4-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı olub. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb:
 

“Prezident Sadır Japarov Özbəkistan rəhbərinin Qaraqalpaqıstanda sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq üçün atdığı qətiyyətli addımları tam dəstəkləyib. Başqa bir dövlətin daxili işlərinə müdaxilənin yolverilməzliyi xüsusilə qeyd olunub”.
 

Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Sadır Japarov telefon danışığında Qırğızıstan tərəfinin Özbəkistanda baş verən hadisələri böyük narahatlıqla qəbul etdiyini qeyd edib.
 

“Sadır Japarov vurğulayıb ki, vaxtında, qətiyyətli və əlaqələndirilmiş tədbirlər sayəsində Qaraqalpaqıstanda vəziyyətin normallaşmasını təmin etmək və onun daha da gərginləşməsinin qarşısını almaq mümkün olub”, - Qırğızıstan liderinin mətbuat xidməti bəyan edib.

 

Qonşu ölkənin prezidenti əmin olduğunu bildirib ki, “Özbəkistanda konstitusiya islahatlarının nəticələri sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradacaq və ölkənin uzunmüddətli strategiyalarının həyata keçirilməsinin etibarlı təminatçısı olacaq”.
 

Özbəkistan və Qırğızıstan liderləri qarşıdan gələn ikitərəfli və çoxtərəfli yüksək səviyyəli görüşlərin, o cümlədən Çolpon-Ata şəhərində keçiriləcək Mərkəzi Asiya ölkələrinin sammitinə hazırlıqla bağlı plana baxıblar. Bildirilib ki, Mərkəzi Asiya ölkələrinin bütün rəhbərləri bu tədbirdə iştirak etmək üçün dəvəti artıq qəbul ediblər.
 

Tərəflər yaxın gələcəkdə əsas istiqamətlər üzrə razılaşmaların təşviqinə yönəlmiş bir sıra birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Regional nəqliyyat dəhlizlərinin və enerji infrastrukturunun inkişafında iri infrastruktur layihələrinin inkişafının sürətləndirilməsində qarşılıqlı maraq vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı