Modern.az

"Qarabağ"ın oyununda VAR tətbiq olunacaq

Güncel

30 İyul 2022, 15:40

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferenstvaroş" komandasına qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.

 

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

 

Qeyd edək ki, "Qarabağ" klubu "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı