Modern.az

İlham Əliyev Putinə başsağlığı VERDİ 

İlham Əliyev Putinə başsağlığı VERDİ 

Aktual

26 Sentyabr 2022, 22:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İjevsk şəhərində 88 saylı məktəbdə atəş nəticəsində uşaqların və böyüklərin ölümü ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısı İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbərinin onu dərindən sarsıtdığını bildirib.

 

Prezident İlham Əliyev Azərbaycan xalqı adından və öz adından Rusiya Prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı