Avropa İttifaqının texniki qiymətləndirmə qrupunun üzvləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vardenis rayonunun yaşayış məntəqələrinə baş çəkib.
Modern.azxəbər verir ki, bu barədə Ermənistanın Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bildirib.
Nümayəndə heyətini Sarkisyan, Ermənistan Silahlı Qüvvələrinin İkinci Ordu Korpusunun komandanı, polkovnik Vahram Qriqoryan və Vardenis icmasının rəhbəri Aharon Xaçatryan müşayiət edib.
Texniki qrup Tretuk və Kutak kəndlərində olublar.
Qeyd edək ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədinə 40 nəfərdən ibarət müşahidə missiyası göndərmək barədə qərar verib. Müşahidə missiyası 2 ay ərzində sərhəddə monitorinq aparacaq. Missiyanın bu ay Ermənistana gələcəyi bildirilsə də, dəqiq tarix açıqlanmayıb.