Modern.az

Biz bütün xoş günlərdə bərabərik - İlham Əliyev

Biz bütün xoş günlərdə bərabərik - İlham Əliyev

Güncel

20 Oktyabr 2022, 18:04

"Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir".

 

Modern.az-ın xəbərinə görə, bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatı zamanı deyib.

 

"Bu gün biz birlikdə Zəngilan hava limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli hava limanını birlikdə açdıq. Bu gün isə Zəngilan hava limanını açdıq. Yəni, bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik", - deyə dövlət başçısı bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı