Modern.az

Bu, hər ölkənin bacaracağı iş deyil - Türkiyə lideri

Bu, hər ölkənin bacaracağı iş deyil - Türkiyə lideri

Güncel

20 Oktyabr 2022, 18:06

"Müharibədən qısa müddət sonra belə hava limanlarını inşa etmək hər ölkənin bacaracağı iş deyil".

 

Modern.az-ın məlumatına görə, bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Ərdoğan ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etmədiyinə diqqət çəkib:

 

"Onlar gəlmir. Ermənistanın törətdiyi vəhşilikləri görməzdən gəlirlər. Bunlarla bağlı Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində iddia irəli sürməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələr yenidən qurulur, Azərbaycan yenidən inşa edilir. Biz bunları bu gün yaşayırıq, duyaraq deyil, görərək bunları bildiririk. Azərbaycan adətən küllərindən doğaraq yenidən ayağa qalxır. Bu hava limanları Qarabağın azad edilməsindən sonra Qarabağın çiçəklənməsinin bir göstəricisidir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı