Modern.az

Deputatın mandatı əlindən alındı

Deputatın mandatı əlindən alındı

Aktual

1 Noyabr 2022, 17:00

Böyük Britaniyanın sabiq səhiyyə naziri, Mühafizəkarlar partiyasından seçilən deputat Mett Henkok televiziya şousunda iştirak etdiyinə görə parlament fəaliyyətindən kənarlaşdırılıb.

 

Modern.az bildirir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Qeyd olunub ki, Henkok ölkədə populyar olan "Mən məşhuram" realiti-şousuna qatılıb. Bu addım hakim partiya daxilində narazılıqla qarşılanıb və Henkokun deputatlıq fəaliyyətinə son verilib.

 

Xatırladaq ki, Boris Conson hökumətində səhiyyə naziri olmuş Mett Henkok 2021-ci ilin əvvəlində karantin tələblərini pozduğuna görə istefa vermişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı