Hazırda Kəlbəcər, Laçın, Şuşada müşahidə olunan hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 13-də Kəlbəcər, Laçın, Şuşada hava əsasən yağmursuzdur, arabir duman müşahidə olunur.
Qərb küləyinin sürəti 3-8 m/s-dir. Havanın temperaturu gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 0-4 dərəcə şaxta olacaq.