Modern.az

Meşə fondu torpaqlarında 25 mindən çox ağac əkilib

Meşə fondu torpaqlarında 25 mindən çox ağac əkilib

Aktual

27 Fevral 2023, 11:56

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri şənbə və bazar günləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumların əməkdaşlarının iştirakı ilə Zaqatala, Şəki, Bərdə və Şabran rayonlarında keçirilib, 11 500 müxtəlif növ ağac tingi əkilib, 270 kiloqram toxum səpilib.

 

Modern.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

 

Qeyd edilib ki, son həftə ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ümumilikdə 25 000-dən çox müxtəlif növ ağac tingi əkilib, 580 kiloqram toxum səpilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı