Modern.az

Binəqədi və Masazırda su olmayacaq

Binəqədi və Masazırda su olmayacaq

Aktual

28 Fevral 2023, 11:12

Bu gün Binəqədi və Masazırda içməli suyun verilişində məhdudiyyətlər olacaq.

 

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli su məhdudiyyətlə veriləcək.

 

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı