Modern.az

Gəncə Dövlət Universitetində Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Gəncə Dövlət Universitetində Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Güncel

27 Sentyabr 2023, 10:42

Gəncə Dövlət Universitetinin bütün fakültələrində 27 Sentyabr–Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

Şəhid valideynləri, Vətən müharibəsi qaziləri, müəllim və tələbələrin iştirak etdiyi tədbirlərdən öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

44  günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, fakültə dekanları və professor-müəllim heyəti çıxışlarında qeyd ediblər ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımızın  şücaətindən danışıb. Qeyd edilib ki,   Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Vətən müharibəsində Gəncə Dövlət Universitetinin əməkdaşları da fəallıqla iştirak  ediblər. Bu döyüşlərdə 16 nəfər universitet əməkdaşı şəhid olub. Onlarla  əməkdaş qazi statusu alıb. Universitet rəhbərliyi onların adlarını xatirələrdə yaşatmaq üçün xüsusi guşə yaratmışdır ki, tez-tez həmin guşə ziyarət olunaraq önünə gül dəstələri qoyulur. Həmçinin     hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışılıb.

 

Şəhid ailələrinin üzvləri və qazilər çıxış edərək əsgər, zabitlərimizin fədakarlığından, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər.

 

Tədbirlərin davamımda tələbələrin ifasında vətənpərliyə aid şeirlər və mahnılar səsləndirlib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı