Modern.az

MTN və Rabitə Nazirliyinin imicinə böyük zərbə...

MTN və Rabitə Nazirliyinin imicinə böyük zərbə...

Aktual

19 Noyabr 2015, 09:41

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən sonra yayılan informasiyalar bu qurum haqqında cəmiyyətdə mənfi fikirlərin formalaşmasına səbəb oldu.

MTN işçilərinin dövlətin təhlükəsizliyindən çox “adam oğurlu” ilə məşğul olmaları, sahibkarları incidərək onlardan küllü miqdarda pul almaları birmənalı olaraq onlar barədə mənfi rəy yaradıb.

Eyni fikirləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) barədə demək mümkündür. İnsanların hər an dinlənildiyi haqqında informasiyaların açılması qurumun adını zədələnməsinə səbəb olub.

Və son olaraq hər iki qurum barədə arzuolunmaz fikir formalaşıb.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Modern.az-a açıqlamasında bildirib ki, son günlər baş verən hadisələr utanc gətirir.

“Ölkədə həbslər başlayır, insanların suçlu olduğu qeyd edilir. Amma hökümət tərəfindən açıqlamalar verilmir, çünki təqsirsizlik prezumpsiyası var. Hələ məhkəmə prosesi getməyib. İnsanların həbs-qəti imkan tədbirinin görülməsi o demək deyil ki, o, suçludur, ya yox.

Yaxud bu insan nə dərəcədə cinayətkardır və ya səhvən tutulub. Buna görə də dövlət qurumları tərəfindən açıqlama verilməlidir ki, hər bir insan öz versiyasını irəli sürməsin.

Bu gün müxtəlif mətbu orqan tərəfindən həmin insanları ya oğurluqda, müxtəlif versiyalarda günahlandırmaq cəmiyyətdə çaşqınlıq yaradır. Hələ məhkəmə olmayıb, hələ bu insanın təqsirsizlik prezumpsiyası var”.


Hüquq müdafiəçisi vurğulayıb ki, bu gün cəmiyyəti narahat edən digər məsələ həmin yüksək vəzifəli şəxslərin büdcədən alqıdları əmək haqqı ilə yaşayışlarının tərs mütənasib olmasıdır.

“Bu insanların aldıqları əmək haqqı müqabilində tikdirdikləri villaları dövlət qurumları zamanında görmürdümü? Həmin korrupsiya hallarını parlamentdə oturan, illərlə susan deputatlar görmürdülər?

Əgər villalar və ya pullalar doğurdan da həmin insanlara məxsusdursa, bunun qarşısı niyə vaxtında alınmırdı ki, xalqın cibinə girirdələr. Bir yandan insanlar çıxış edir ki, bunu və ya başqalarını  bilirik. Bilirdinizsə niyə susurdunuz? Bunun özü də cinayətdir”.

M.Qəhrəmanlı bu hadisələrdə adı çəkilən və rəhbər şəxsləri həbs edilən dövlət qurumların əvvəlki nüfuzlarını qaytarmağının da vaxt tələb edəcəyini qeyd edib.

“MTN dövlətin təhlükəsizliyini qorunmalıdır. Ittiham olunduğu kimi adı müxtəlif cinayətlərdə səslənir. Sovetlər vaxtı MTN elə bir yer idi ki, ona çox hörmətlə yanaşılırdı və o insanlar haqqında heç kimin xəbəri yox idi, orada çalışanlar dövlətin təhlükəsizliyini qoruyurdu. Nazirliyin öz imicinə qayıtması üçün çox illər lazımdır, çünki onun adı çirkabla çəkilir. Bunu adı çəkilən başqa nazirliklərə də şamil etmək olur.

Həmin dövlət qurumlarına elə insanlar gətirilməlidir ki, əvvəllər formalaşdırdıqları imicinə qayıtsınlar, dövləti qorusunlar, insanlarda qorxu yaratmasınlar”.

Aytən ZƏHRA 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı