Modern.az

Helikopter okeana düşdü - Pilotdan xəbər yoxdur

Helikopter okeana düşdü - Pilotdan xəbər yoxdur

Dünya

5 Oktyabr 2021, 21:26

Kanadanın qərb sahillərində yük daşımaq üçün nəzərdə tutulan helikopter Sakit okeana düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Məlumata görə, "Kaman K-MAX" model helikopterin göyərtəsində yalnız pilot olub.

 

Pilotun itkin düşdüyü bildirilir. Onun axtarışları davam edir.

 

Helikopterin düşməsinin səbəbləri barədə məlumat verilməyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı