Modern.az

İsa Qəmbər də Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədi, amma...

İsa Qəmbər də Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədi, amma...

Ülke

2 İyul 2013, 12:44

Modern.az saytı xəbər verir ki, Müsavat başqanı İsa Qəmbər də Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov olmağını dəstəkləyib. Lakin o, qeyd edib ki, vahid namizəd məsələsinin riskli tərəfləri də var.

“Biz açıq danışmalıyıq. Rüstəm İbrahimbəyov Azərbaycana gələ biləcəkmi? Ümid edirəm ki, qeydiyyatdan keçim namizəd kimi sonra “Azərbaycana qayıdaram” sözünü eşitməyəcəyik”, – deyə Müsavat başqanı Milli Şura sədrinə iradlarını bildirib.

“İkinci risk isə namizədin qeydiyyata alınmasıdır. Əgər qeydə almasalar Milli Şura seçkilərdən kənarda qalacaq. Ona görə də bir yol tapılmalıdır ki, Milli Şura seçkilərdən kənarda qalmasın”.

Sonda isə İ. Qəmbər Müsavat Partiyasının mövqeyini bölüşərək qeyd edib ki, onlar da Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına razıdırlar.

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı