Modern.az

Pensiyaların 98 faizinin ödənişi plastik kartlarla həyata keçirilir

Pensiyaların 98 faizinin ödənişi plastik kartlarla həyata keçirilir

Ölkə

7 İyun 2010, 11:33

Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsinin daim diqqət mərkəzində saxlanılması nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir. Belə ki, 2010-cu ilin yanvar-aprel ayları ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 6230 nəfər artıb. Məlumatı Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan veriblər. 1 aprel 2010-cu il tarixə olan statistikaya əsasən, pensiyasını plastik kartla əldə edənlərin sayı 1 126 364  nəfər təşkil edir. Yəni hazırda pensiyaların 98 faizinın ödənişi plastik kartlarla həyata keçirilir.

Kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində də mühüm addımlar atılmaqdadır. Cari ilin yanvar-aprel ayları ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 4903 nəfər artıb. 1 aprel 2010-cu il tarixə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 95,9 faizi plastik kartla təmin olunub.  Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı