Modern.az

Tozlu Bakı və tənəffüs yolu xəstəlikləri

Tozlu Bakı və tənəffüs yolu xəstəlikləri

کشور

21 İyul 2010, 13:18

Paytaxtımız Azərbaycanın ən tozlu şəhəri imiş Bakı küləkli şəhərdir, amma ilin digər fəsillərində fərqli olaraq yayda əsək külək sakinlərə təkcə sərinlik gətirmir, həm də əlavə problemlər yaradır. Küləkli günlərdə havada uçuşan qum dənəcikləri, toz-torpaq şəhərin küçələrilə hərəkət edən insanların gözünə, ağzına-burnuna dolur, üst-başı çirklənir. Belə günlərdə bəzi sakinlər isti küləyin yaratdığı toz-torpağın mənzillərə dolmaması üçün pəncərələri də bağlamağa məcbur olurlar. Bir sözlə küləkli günlər Bakı sakinlərini əməlli-başlı çaş-baş salır.

Atmosferin çirklənməsi canımıza hopub

 

Ekoloqlar son vaxtlar Bakıda havanın tərkibinin dəyişdiyi barədə tez-tez danışırlar. Söhbət şəhər havasında çirklənmənin səviyyəsinin artmasından gedir. Bir yandan istiləşmə nəticəsində havanın tərkiində zərərli qazların artması, o biri bir yandan da küləyin və tikintinin yaratdığı toz-duman, məişət tullantılarının yandırılması  və avtomobillərin işləməsi nəticəsində əmələ gələn tüstü, kanalizasiya sularının axıdıldığı gölməçələrin üfunət qoxusu nəfəsalmanı çətinləşdirir. Havanın çirklənməsinə şərait yaradan faktlardan biri də yaşıllıqların kütləvi məhvidir. Bir sözlə, Bakıda atmosferin çirklənməsi artıq insanların canına hopub.

 

Tənəffüs yolu xəstəlikləri artıb

 

Paytaxtın ekoloji durumunu ağırlaşdıran amillərdən biri tikililərin, o cümlədən çoxmərtəbəli binaların bir-birinə yaxın inşasıdır. Bakıda binaların sökülüb-tikilməsi çox geniş miqyas alsa da, görülən işlər nəticəsində havanın çirklənməsinin qarşısını almaq  bir o qədər az yada düşür. Bəzi vaxtlarda ən hündür yerdən baxsan belə şəhərin başı üzərində fırlananan toz-duman, tüstüdən çox uzağı görə bilmirsən. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin məlumatında da son illər paytaxtda xəstələnmələr sırasında birinci yerin tənəffüs yolu orqanlarının xəstəliklərinin tutduğu qeyd olunur. Bu, həm də ağciyər xərçəngi riskini artırır. Yeri gəlmişkən, ölkəmizdə xərçəng xəstələrinin sayında ağciyər xərçənginə tutulanlar böyük paya malikdir.

Faktlar tozlu-küləkli günlərdən sonra Göz Xəstəlikləri İnstitutuna müraciət edənlərin də sayı  çoxalır.

Havada tozun qatılıq həddi normadan yüksəkdir

 

Ekoloq Telman Zeynalovun sözlərinə görə, küləkli günlərdə paytaxtı bürüyən toz-torpaq 8-10 il əvvəl əsası pozulmuş şəhərsalma qaydalarının yaratdığı problemdir. Ekspert zibil tullantılarının harda gəldi yandırılmasının qarşısının alınmamasının ciddi narahatlıq doğurduğunu deyib.

Çoxmərtəbəli binaların bir-birinə həddən artıq yaxın tikilməsi isə şəhərdə hava axınının qarşısını alır.

Müşahidələr göstərir ki, bir sıra tikintilərdə tozun yayılmasının qarşısının alınmaması üçün müvafiq materiallardan (qoruyuculardan) istifadə olunmur. Güclü külək üstünə örtük çəkilməyən tikinti meydançalarındakı qum tayalarını göyə sovurur. Daldalanmağa yer axtaran adamlarsa toz-torpağa qoşulub getməkdən başqa əlac görmür, işə və ya evə çatmağa can atırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakı şəhərində atomosfer havasının çirklənmə vəziyyətində tozun yol verilən qatılıq həddi normadan xeyli yüksək olur. Normaya görə, Bakı ərazisində havanın çirklənməsində tozun qatılıq həddi 0,5 mq/kubmetr olmalıdır, amma son illər bu göstərici xeyli yüksəlib və hazırda 0,7-1,2 mq/kubmetrə çatıb. Atmosfer atomosfer havasının çirklənmə vəziyyətində tozun miqdarı o həddə çatıb ki, Bakıya aradabir “tozlu-palçıqlı yağış” da yağır. Yəqin ki, iyunun 24-də Bakıya “palçıqlı yağış” yağması hamının yadındadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Məmmədhüseyn Müslümov deyir ki, bu gün paytaxtda geniş abadlaşdırma, tikinti işləri aparılır. Bakı da küləklər şəhəri olduğundan əsən külək yerdə olan tozu havaya qaldırır və yağışla səthin üzərinə yayır. Qeyd edək ki,

Paytaxtımız Azərbaycanın ən tozlu şəhəri imiş. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakı şəhərində atomosfer havasının çirklənmə vəziyyətində tozun yol verilən qatılıq həddi normadan xeyli yüksək olduğu halda, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan, Şirvan, Şəkidə belə deyil.

Küçələr yuyulmur

 

Qeyd edək ki, hələ sovet dövründə yaz-yay fəsli boyunca Bakı şəhərində toz-torpağın yayılmaması üçün küçə və meydanlar, səkilər hər gün suçiləyici maşınlarla yuyulurdu. Amma indi bu işin görülməsi müşahidə olunmur. Bakı şəhər İcra Hakimiyyətinin aidiyyatı qurumları küçələrin yuyulmamasını bu iş üçün lazımi qədər maliyyə vəsatinin ayrılmamasınıda görürlər.

Meriyanın Xüsusiləşdirilmiş Sanitar Təmizlik İdarəsindən bildirilib ki, guya şəhərin bütün küçələri  gündəlik olaraq süpürülür, yuyulma prosesi isə yalnız mərkəzi küçələrdə həyata keçirilir. İdarədən deyiblər ki, səhər saat 8.00-9.00 arasında Azərbaycan, Bülbül, Neftçilər, Cavid, Bakıxanov prospektləri, Səməd Vurğun küçəsi  yuyulur.

Meriyadan onu da bildirblər ki, şəhər təsərrüfatının balansandakı suçiləyici maşınlar azdır, amma onlar bəzi mərkəzi küçələrin yuyulmasında işlədilir. Müşahidələr isə göstərir ki, son illərin yay fəslində, elə indi də küçələrin yuyulması nadir hallarda həyata keçirilir. Yəni deyilənlər, reallıqla üst-üstə düşmür.

Belə olan halda Bakıda küçələrinin ancaq yağışdan-yağışa yuyulduğunu söyləyə bilərik. Amma yağış da “palçıqlı yağış” olmaya. Adəm Qorxmaz

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı