Modern.az

AXCP-Müsavat qarşıdurması müxalifət düşərgəsində böhran yaradıb - POLİTOLOQ

AXCP-Müsavat qarşıdurması müxalifət düşərgəsində böhran yaradıb - POLİTOLOQ

Ülke

18 İyun 2015, 12:14



Azərbaycan siyasi düşərgəsində müxalifətin illərdən bəri yığılıb qalmış aqressiyası nəticəsində dərin böhran müşahidə edilir. 

İndiyə kimi AXCP və Müsavat Partiyası ölkənin müxalif lokomotivləri olub.

Ancaq bu lokomotivlər onlara inananları elə yerlərə aparıblar ki, indi vaxtilə müsavatçı, yaxud cəbhəçi olanlar ciddi satsıntı keçirirlər.

Bu partiyaların biri-birinə olan münasibətlərinin rəqabət səviyyəsindən düşmənçilik müstəvisinə keçməsi Milli Şuranın 2013-cü il prezident seçkilərindən sonra daha da intensivləşib.

AXCP və Müsavatın bundan sonra artıq bir araya gəlməsi də mümkün görünmür.

Azərbaycanın aparıcı müxalifət təşkilatları arasında yaranan narazılıqlar, hətta bir qurum daxilində olan qalmaqallar onların xalq qarşısında etibarına da kölgə salır.

Mövzu ilə bağlı Modern.az saytına danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanda siyasi sistemin böhran içərisində olması müxalifətə daha çox sirayət edir.

“Azərbaycanda vicdanlı, təmiz siyasi rəqabət yoxdur və bunu müxalifətin simasında da görmək olar”-deyən Zərdüşt Əlizadə qeyd edib ki, siyasi mühitdəki mübarizə üsulları intriqa və qohumbazlığa söykənir. 

Onun sözlərinə görə müxalifətdə tanışlıq məsələlərinə çox böyük önəm verilir.

“Təəssüf ki, müxalifət daxilində yaranmış böhran Azərbaycana yaxşı heç nə vəd etmir. Məhz buna görədir ki, seçkilərdə seçicilərin sayı hər dəfə aşağı düşür.”.

 Aqşin Kərimov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı