Modern.az

Əfv komissyasının üzvü: “Eynulla Fətullayevin müraciətinə baxılacaq”

Əfv komissyasının üzvü: “Eynulla Fətullayevin müraciətinə baxılacaq”

Təhsil

14 Mart 2011, 14:39

Zəlimxan Yaqub: “Bizə xəbər verəcəklər, biz də iclaslara başlayacağıq”

  

“Əfv komissiyasının iclasının vaxtını dəqiq deyə bilmərəm. Hələki iclaslarımız yoxdur”. Bu sözləri xalq şairi, Prezident yanında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub son günlər bununla bağlı səslənən məlumatları Modern.az-a şərh edərkən bildirib. Onun sözlərinə görə, əfv komissiyasının iclasları o zaman keçirilir ki, artıq əfv eləmək mərhələsi gəlib çatır.

“Bu bizim səlahiyyətimizdə deyil, məhz ölkə prezidentinin səlahiyyətində olan məsələdir.

Amma mən belə  hesab edirəm ki, bu olsa, Novruz bayramından daha çox Müstəqillik günü ilə bağlı, mayın 27-28-i ərəfələrində ola bilər. Amma mən dəqiq bilmirəm. Bu prezidentin səlahiyyətinə aid olan məsələdir. Əgər belə olsa, bizə xəbər verəcəklər, biz də iclaslara başlayacağıq”.

 

Əfv komissiyasının üzvü həbsdə olan jurnalist Eynulla Fətullayev haqda da danışıb. Z.Yaqub deyib ki, Eynulla Fətullayevin müraciətinə komissiya baxa bilər. “Şühbəsiz məktubla müraciət olunubsa, yəqin müzakirə olunacaq”-deyə o, vurğulayıb. Qeyd edək ki, E.Fətullayevin vəkili bildirb ki, jurnalist əfv üçün Prezidentə müraciət edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı