Modern.az

Tələbə jurnalistlər mükafatlandırıldı - FOTO

Tələbə jurnalistlər mükafatlandırıldı - FOTO

Eğitim

22 Aprel 2013, 19:19
BDU-ya aid olan tədbir qəzet redaksiyasında baş tutdu

Bakı Dövlət Universitetinin(BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə “Student TIMES” qəzetinin birgə layihəsi olan “Qarabağ – dünyaya yayılan səsim” adlı tələbə jurnalistlərin I publisistik yazı müsabiqəsi yekunlaşıb. Azərbaycanlılarının Soyqırımı gününə həsr olunmuş bu müsabiqəyə təqdim olunan yazılar peşəkar qəzet redaktorlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və məqalələr arasından 3 ən yaxşı publisistik material qalib elan edilib.

Məhz bu münasibətlə müxtəlif nominasiya üzrə qalib olmuş yazarlar “Student TIMES” qəzetinin redaksiyasına dəvət olunub. “Student TIMES” qəzetinin baş redaktoru Məmməd Ağayev qonaqları salamlayaraq onlara təbrik və təşəkkürünü çatdırıb. Müsabiqənin əhəmiyyətindən danışan M.Ağayev sözünə mərhum dövlət başçısı Heydər Əliyevin “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” fikri ilə başlayaraq qeyd edib ki, məhz elə bu söz mirasını yaşatmaq üçün vətənpərvərliklə bağlı bu kimi təşəbbüslər ardıcıl olub, bir-birini əvəz etməlidir:

“İlk addımı biz atdıq. İnanıram ki, bu bir rituala çevriləcək. Dövlətçiliyin qorunub saxlanılmasında biz tələbələrin də yardımına ehtiyac var. Hər kəs öz bacardığı işi layiqincə görməlidir”.

Tədbirin niyə Bakı Dövlət Universitetində yox, qəzet redaksiyasında keçirilməsinə aydınlıq gətirən baş redaktor təəssüf hissi ilə qeyd edib ki, bu tədbirin universitetdə keçirilməsi daha ürəkaçan olardı: “Prorektor Sani Hacıyev tədbirin BDU-da keçirilməsinə icazə vermədiyi üçün biz də məcbur olub onu elə öz kiçik redaksiyamızda təşkil etmək qərarına gəldik. Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovla biz tələbələri arasında sıx dostluq əlaqələri var. Hesab edirəm ki, bu kimi hərəkətlər bu dostluğa xələl gətirə bilməz. Biz universitetdən incimirik”.

 Tədbirin sonunda qaliblərə diplom və dəyərli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.



Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı