Modern.az

Cəbhədə növbəti monitorinq olacaq

Cəbhədə növbəti monitorinq olacaq

Təhsil

12 Sentyabr 2013, 09:44

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 13-də Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle, Minsk Qrupunun həmsədri Ceyms Uorlik (ABŞ) və onun köməkçisi Cefri Huls keçirəcəklər.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı