Modern.az

Elman Mehdiyev: “Mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılıb”

Elman Mehdiyev: “Mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatdırılıb”

Təhsil

14 Mart 2014, 12:09


“Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi Novruz bayramınadək başa çatdırılıb”. Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu (DSMF) sədri Elman Mehdiyev deyib.

O bildirib ki, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək yekunlaşdırılması planlaşdırılıb. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam başa çatdırılıb və müvafiq vəsaitlər pensiyaçıların hesablarına köçürülüb. “Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb”-deyə Fondun sədri qeyd edib

Qeyd edək ki, 2014-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər təşkil edir. Onlardan 62 faizi yaşa görə, 27,3 faizi əlilliyə görə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

 

 

Modern.az

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı