Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında martın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir.
Abşeron yarımadasında havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 23 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacağı ehtimalı vardır.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı ehtimalı vardır.
Modern.az