Modern.az

NATO Komandiri Moldovaya diqqət çəkdi

NATO Komandiri Moldovaya diqqət çəkdi

Eğitim

23 Mart 2014, 21:34

 Modern.az saytı xəbər verir ki, NATO Avropa Müttəfiq Qüvvətləri Yüksək Komandiri General Breedlove Rusiyanın Krımla kifayətlənməyib Moldovanın separatçı Dnestryanı bölgəsini də ələ keçirə biləcəyi barədə xəbərdarlıq edib.

General Filip Breedlove ABŞ-ın əsas  düşüncə mərkəzlərindən biri olan Alman Marşal Fondunun təşkil etdiyi Brüssel Forumunda  çıxışı zamanı  "Rusiyanın Ukraynanın şərq sərhədinə  yerləşdirdiyi ordu qərar verildiyi zaman ən qısa müddətdə Dnestryanı bölgəyə doğru hərəkət edə biləcəyini" söyləyib.

Qeyd edək ki, Moldova hal-hazırda Ukrayna sərhədindəki Dnestryanı bölgəsinin idarəsini əlində tuta bilməməkdədir.

Tək tərəfli olaraq müstəqilliyini elan edən əksəriyyəti Rus olan yarım milyonluq Dnestryanı bölgəsinin rəhbərləri Krım kimi Rusiyaya bağlanmaq istədiklərini ifadə ediblər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı