Şənliyə Bahar qızı, Kosa və Keçəlin gəlişi uşaqları daha da sevindirib. Şənlikdə müxtəlif mahnılar ifa edilib, viktorinalar təşkil olunub, Kosa və Keçəl məzəli əyləncələri ilə uşaqları əyləndirib. Həmçinin istirahət mərkəzinin ərazisində uşaqlar üçün faytonla gəzinti təşkil olunub. Şənlikdə Novruz bayramı ilə əlaqədar olaraq çay süfrəsi açılıb.
Millət vəkili Hadi Rəcəbli uşaqları Novruz bayramı münasibəti ilə təbrik edib, öz səmimi arzularını onlara çatdırıb, dövlətimiz tərəfindən uşaqlar üçün yaradılmış şəraitdən geniş söhbət açıb. Sonda Bahar qızı, Kosa və Keçəl uşaqlara bayram hədiyyələri paylayıb.

