Modern.az

ABŞ-dan şok etiraf: “Kuba twitterini” biz hazırladıq

ABŞ-dan şok etiraf: “Kuba twitterini” biz hazırladıq

Təhsil

5 Aprel 2014, 02:48

Modern.az saytı xəbər verir ki, Ağ Ev Kubada üsyan çıxarmaq üçün hazırlandığı iddia edilən və “Kuba Twitteri” olaraq xatırlanan qısa mesaj xidmətinin arxasında Beynəlxalq İnkişaf Agentliyinin (USAID) olduğunu qəbul edib.

"Assoşieyted press" agentliyinin xəbərinə görə “ZunZuneo” adlı servis Kubada internetə daxilolmanın  məhdud olduğu dövrdə 40 mindən çox istifadəçiyə xidmət edib.

Layihənin 2009-2012-ci illər arasında tətbiq edildiyi və maliyyə dəstəyinin kəsilməsi səbəbindən sonlandırıldığı ifadə edilib.

USAID-in nümayəndəsi Matt HERRICK, BBC-yə verdiyi açıqlamada” insanların haqqlarından istifadə etməsi və belnəlxalq aləmlə əlaqə qura bilmələrinə dəstək olduqları üçün Kubadakı fəaliyyətlərindən qürur duyduqlarını” söyləyib.

Kuba hökuməti isə hələ ki, bu xəbərlərə münaibət bildirməyib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı