Modern.az

Kılıçdaroğlu ona hücum edəni şikayət etməyəcək

Kılıçdaroğlu ona hücum edəni şikayət etməyəcək

تحصیلات

12 Aprel 2014, 13:02


Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Böyük Millət Məclisində (TBMM) ona hücum edən Orxan Övət haqqında şikayət etməyəcəyini açıqlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiya lideri  bunu Orxan Övetin anasının ona xahiş etməsi ilə əlaqələndirib. “Mən də o xahişi nəzərə aldım və şikayət etmədim. Lakin Orxan Övət vasitəsi ilə  onu buna sövq edənlərin kimliyini araşdırıb tapmalıyıq. Baş verənlərin səbəbi çıxmasa, buna adi hadisə kimi baxacaqlar. Vəkillərimiz bununla yaxından maraqlanır”-deyə K. Kılıçdaroğlu söyləyib.  

Qeyd edək ki, O. Övet adlı şəxs bir neçə gün bundan öncə TBMM-də CHP rəhbərini yumruqlamışdı.    

Rafiq Qənbərov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı