Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Hava gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bakıda gecə 7-9 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında aprelin 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz olacaq.
Temperaturun gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Modern.az