Modern.az

Avropa komissarından SOS: “Rusiya ilə yeni “qaz müharibəsi” başlana bilər”

Avropa komissarından SOS: “Rusiya ilə yeni “qaz müharibəsi” başlana bilər”

Eğitim

19 Aprel 2014, 12:04

“Avropa, Ukraynaya Rusiyaya olan qaz borcuna görə kömək etməlidir. Əks təqdirdə Rusiya Federasiyası və Qərb arasında yeni “qaz müharibəsi” başlana bilər”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı  Hünter Ettinqer deyib.  Onun sözlərinə görə, hal-hazırda mümkün qaz böhranının öhdəsindən gəlmək və gələcək qışa enerji təhlükəsizliyini təmin etmək əhəmiyyətlidir. O bildirib ki, təmsil etdiyi qurumun Ukrayna üçün hesablamalara görə 2 milyarddan çox dollar məbləğ tapmayacağı təqdirdə təhlükə meydana çıxa bilər. “Ukrayna ən əhəmiyyətli tranzit ölkədir. Bu ərazi vasitəsilə Rusiya Federasiyasından Avropa İttifaqı ölkələrinə qaz nəql olunur.. Bu faktı nəzərə alaraq " çətin nəzarət prosesi başlaya bilər, bu isə  Almaniyaya təsir edəcək”.    

H. Ettinqer gələcəkdə  Avropa qaz bazarında böyük rol oynaya bilən ölkələr arasında Norveçi, Əlcəzairi və Azərbaycanı göstərib.  

Ayşən Mönsümlü  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı