Modern.az

Milli Məclisin vitse-spikeri Rauf Mirqədirovla bağlı danışdı

Milli Məclisin vitse-spikeri Rauf Mirqədirovla bağlı danışdı

Təhsil

21 Aprel 2014, 14:18


Milli Məclisin vitse-spikeri Bahar Muradova da Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirovla bağlı məsələyə münasibət bildirib.

“Bu mövzunun mahiyyəti mənə bəlli deyil. Onunla hüquq-mühafizə orqanları  məşğul olur. Buna görə də sözügedən məsələyə şərh vermək, hər hansı fikir söyləmək istəmirəm. Rauf Mirqədirov mövzusu müvafiq qurumların işidir”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı