Modern.az

Azərbaycanda 45 sərnişinin olduğu avtobus aşıb

Azərbaycanda 45 sərnişinin olduğu avtobus aşıb

Təhsil

21 Aprel 2014, 23:32

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 188-ci km-də bədbəxt hadisə qeydə alınıb. Modern.az-ın “Regional” TV-yə istinadən verdiyi xəbərə göeə, Gəncə-Moskva reysi üzrə hərəkət edən 52 yaşlı Gəncə şəhər sakini İlqar Əliyevin idarə etdiyi 66 BG 707 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin avtobusu idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinin üzərinə aşıb. Qəza zamanı avtobusda 45 sərnişin olub. Hadisə nəticəsində 10-a yaxın sərnişin yüngül xəsarətlər alıb. Onlara elə hadisə yerində ilkin tibbi yardım göstərilib. Baş dövlət Yol Polisi İdarəsinin təhqiqatçısı Rauf Cəfərovun sözlərinə görə, qəza sürücünün ehtiyatsızlığı ucbatından baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı