Bu gün Qazaxıstanın paytaxtı Astana səhərində TÜRKPA-nın (Türkdilli Dövlətlərin Parlament Assambleyası) Hüquq məsələləri komissiyasının üçüncü toplantısı keçirilir.
Modern.az-ın məlumatına görə, toplantıda Milli Məclisin deputatları Çingiz Qənizadə və İqbal Ağazadə iştirak edirlər. TÜRKPA-nın Hüquq məsələləri komissiyasının üzvü Çingiz Qənizadə “TÜRKPA-ya üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması sahəsində fəaliyyətləri” mövzusunda hesabat məruzə ilə çıxış edərək, layihəni tədbir iştirakçılarına təqdim edib.Onu da qeyd edək ki, iclasın ikinci hissəsinə Çingiz Qənizadə sədrlik edib.
İclasda, həmçinin Hüquq məsələləri komissiyasının 4-cü toplantısının bu ilin ikinci yarısı Qırğızıstanda keçirilməsi qarara alınıb.
Qeyd edək ki, TÜRKPA-nın növbəti tam tərkibli plenar iclası isə bu ilin iyun ayında Bakıda keçiriləcək.
Modern.az